Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb
Rusiyada son sutka ərzində daha 203 766 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
AYNA-nın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 13 935 560 nəfərə çatıb.
Son sutka ərzində 729 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 339 542 nəfərə çatıb.