Rusiyada helikopter sərt eniş edib: <font color=red> ölənlər var</font>

Dünya

20.05.2020 - 01:49

Hadisəyə ilkin səbəb kimi texniki nasazlıq göstərilir

 

Rusiyanın Moskvaətrafı vilayətində Mi-8 hərbi helikopteri sərt eniş edib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər heyət üzvü dünyasını dəyişib. Təlim-məşq uçuşu zamanı qəza edən helikopterin hər iki qara qutusu tapılıb və onlar ekpsertizaya göndərilib. Hadisəyə ilkin səbəb kimi texniki nasazlıq göstərilir.

 

Qəza yerinə Rusiya Hərbi hava Qüvvələrinin komissiya üzvləri yollanıblar.

Müəllif: Ayna.az