Körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlara ziyan dəyməyib
Rusiyada dəmir yolu körpüsündə partlayış baş verib. AYNA xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
Bildirilib ki, hadisə Samara vilayətində qeydə alınıb.
Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlara ziyan dəyməyib.
Moskvadan gələn üç sərnişin qatarı və bir elektrik qatarı dayandırılıb.
Partlayış baş verən ərazidə xüsusi xidmət orqanları və təhlükəsizlik qüvvələri işləyir. Ölən və yaralananlar barədə məlumat yoxdur.