Rusiyada bakalavr və magistr proqramları ləğv edilir

Dünya

29.01.2026 - 14:49

Deputat: “Bolonya Prosesinin əvəzetmə prosesi 2022-ci ildə başlayıb”

Bu ilin 1 sentyabrından etibarən Rusiya universitetlərində bakalavr və magistr dərəcələri ləğv ediləcək, baza və ixtisaslaşmış ali təhsillə əvəz olunacaq. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva bildirib.

Qoryaçeva qeyd edib ki, "bakalavr-magistr" formulu əvəzinə, ixtisasdan asılı olaraq dörd ildən altı ilə qədər davam edən baza ali təhsil proqramını və bir ildən üç ilə qədər davam edən ixtisaslaşmış ali təhsil proqramını - əsasən, peşəkar, idarəetmə və tədqiqat istiqamətləri olan yenilənmiş magistr proqramını tətbiq edirik".

Deputat bildirib ki, “Bolonya Prosesinin əvəzetmə prosesi 2022-ci ildə başlayıb” və keçid proqramı əvvəlcə Rusiyanın altı universitetində sınaqdan keçirilib: “Bu təcrübə hazırda digər ali təhsil müəssisələrində də tətbiq olunur”.

Deputat həmçinin magistr proqramlarına dövlət tərəfindən maliyyələşdirilən qəbulun qadağan olunduğunu da açıqlayıb.

Qoryaçeva aydınlıq gətirib ki, aspirantura təhsili əvvəlki kimi, ayrıca peşə təhsili səviyyəsi hesab ediləcək.

Daha əvvəl kolleclərdə ödənişli yerləri məhdudlaşdıracaq yeni qanun layihəsi ilə bağlı xəbərlər yayılmışdı. Qanunvericilərin təşəbbüsünə əsasən, universitetlər üçün təsdiq edilmiş ödənişli qəbul prinsipləri kolleclərə də şamil edilməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş