Elman Paşayev külli miqdarda dələduzluq işi üzrə saxlanılıb
Rusiyada azərbaycanlı vəkil Elman Paşayev külli miqdarda dələduzluq işi üzrə saxlanılıb. AYNA xəbər verir ki, Rusiya İstintaq Komitəsi vəkilin saxlanılmasının videogörüntülərini yayıb.
Görüntülərdə təhlükəsizlik qüvvələrinin qaranlıqda Paşayevin qollarını qandallayaraq ona ittihamın irəli sürüldüyü barədə məlumat verməsi göstərilir.
Bundan əvvəl məlum olub ki, vəkil Blinovskilər ailəsini cinayət məsuliyyətindən azad edəcəyinə söz verib. Komitənin məlumatına görə, 2024-cü ilin fevralında o, Moskvada Aleksey Blinovski ilə şəxsən görüşüb və bildirib ki, böyük məbləğdə pul müqabilində vergidən yayınma ilə bağlı cinayət işini bağlaya bilər. Bundan sonra vəkil xüsusilə külli miqdarda pul alıb.
Bildirilir ki, Aleksey Blinovskinin Rusiya Müdafiə Nazirliyi ilə bağladığı müqavilənin qanuniliyi yoxlanılarkən Paşayevlə əlaqə saxlanılıb.
Video ilə buradan tanış ola bilərsiniz.