Rusiya Yaxın Şərqdəki ölkələri təmkinli olmağa çağırıb

Dünya

15.04.2024 - 17:09

Dmitri Peskov: “Eskalasiya heç kimin marağında deyil”

“Moskva Yaxın Şərqdə gərginliyin artmasından narahatdır və bütün ölkələri təmkinli olmağa çağırır”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Eskalasiya heç kimin marağında deyil. Ona görə də təbii ki, biz bütün fikir ayrılıqlarının müstəsna olaraq siyasi və diplomatik üsullarla həll edilməsinin tərəfdarıyıq”, - Kremlin rəsmi nümayəndəsi bildirib.

Müəllif: Ayna.az