Rusiya XİN: “Ukrayna ilə danışıqlar durğunluq vəziyyətindədir”

Dünya

06.05.2022 - 15:29

Həkimlər Klinikalar SEO Xidməti

Aleksey Zaytsev: "Hazırda danışıqlarda irəliləyiş müşahidə edilmir"

“Rusiya-Ukrayna danışıqları durğunluq vəziyyətindədir". AYNA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev deyib.

Zaytsev bildirib ki, hazırda danışıqlarda irəliləyiş müşahidə edilmir. 

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya-Ukrayna danışıqlarının yaxşı getməməsinə baxmayaraq, davam etdirilməsinin tərəfdarıdır.

Rusiya Prezidenti Vladimir Putin isə Ukrayna ilə diplomatik yolda razılığa gəlməyə ümid etdiyini söyləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş