Hərbi ekspert: Hər şey kameraya çəkiləcək, bəyan ediləcək ki, guya mülki şəxslər Ukrayna Silahlı Qüvvələrinə müqavimət göstərirlər”
“Rusiya Xersonu tərk etməyəcək, Ukrayna Silahlı Qüvvələrinə tələ qurulacaq”. AYNA UNİAN-a istinadən bildirir ki, bu sözləri ukraynalı tanınmış hərbi ekspert Oleq Jdanov deyib.
"Mən buna yalan “ağ bayraq əməliyyatı" deyirəm. Rusiyanın mülki geyimdəki xüsusi təyinatlıları və paraşütçüləri yaşayış məntəqələrində uzunmüddətli atışma nöqtələri yaradır və müqavimət göstərəcəklər. Hər şey kameraya çəkiləcək, bəyan ediləcək ki, guya mülki şəxslər Ukrayna Silahlı Qüvvələrinə müqavimət göstərirlər. Tezliklə bilinəcək ki, onlar hər şeyi planlaşdırıblar. Bu, baş verməyə də bilər. Amma onlar bunu planlaşdırırlar - bu, bir versiyadır”, Jdanov vurğulayıb.
Qeyd edək ki, dünən Rusiya müdafiə naziri Sergey Şoyqunun Xersondakı qüvvələrinin geri çəkilməsi haqqında bəyanatı olub. Rəsmi şəkildə bildirilir ki, Rusiyanın işğalçı qoşunları Xersonu tərk edirlər.