Rusiya vətəndaşı ABŞ-da çirkli pulların yuyulmasına görə həbs edilib

Dünya

02.12.2022 - 13:16

Bevz həmçinin internetdə fırıldaqçılıqda ittiham olunur

ABŞ-da məhkəmə Rusiya vətəndaşı Taras Bevzi çirkli pulların yuyulması ittihamı ilə üç il on ay həbs cəzasına məhkum edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

“Rusiya vətəndaşı Taras Bevz 1 milyon dollardan çox pulun yuyulmasına görə 46 ay həbs cəzasına məhkum edilib”, - məhkəmənin qərarında bildirilib.

Bevz həmçinin internetdə fırıldaqçılıqda ittiham olunur.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə