Rusiya və Çin Sakit okeanda gəmilərin birgə patrulunu həyata keçirib

Dünya

11.10.2024 - 16:43

Həkimlər Klinikalar SEO Xidməti

Patrul zamanı təhlükəsizlik təhdidlərinin müəyyən edilməsi və qarşısının alınması, rabitə və suda xilasetmə üzrə təlim baş tutub

Rusiya və Çin Sakit okeanda sahil mühafizə gəmilərinin ilk birgə patrulunu həyata keçirib. AYNA xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Təhlükəsizlik Xidməti məlumat yayıb.

Patrul zamanı təhlükəsizlik təhdidlərinin müəyyən edilməsi və qarşısının alınması, rabitə və suda xilasetmə üzrə təlim baş tutub.

“Birgə patrullar Rusiya FSB Sərhəd Xidməti ilə Çin Sahil Mühafizəsi arasında 2024-2026-cı illər üçün əməkdaşlıq planının bir hissəsidir”, - deyə qeyd olunub.

Bundan əvvəl Rusiya və Çin gəmiləri Sakit okeanda sualtı qayıqlara qarşı missiyaları yerinə yetiriblər.

Müəllif: Ayna.az