Rusiya və Avropa İttifaqı siyasi dialoqu dayandırıb

Dünya

26.10.2023 - 11:34

cedabet dərman SEO Xidməti

Rusiyanın daimi nümayəndəliyi Avropa İttifaqı ilə siyasi dialoqun dayandırıldığını elan edib

Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında bütün siyasi dialoq dayandırılıb, yalnız texniki xarakterli işgüzar əlaqələr qalıb. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Aİ-dəki daimi nümayəndəliyindən "İzvestiya"ya bildirilib.

Diplomatik missiya qeyd edib ki, Ukraynaya qarşı müharibə başlayandan bəri Aİ və Rusiya arasında hətta mədəniyyət sahəsində də tam hüquqlu əməkdaşlıq olmayıb.

"Geosiyasi vəziyyətə görə işimizin xarakteri dəyişdi, lakin vəzifələr dəyişməz olaraq qalır – Brüsseldə Rusiya yanaşmalarını təbliğ etmək", - nümayəndəlikdən qeyd olunub.

Qeyd edək ki, Avropa Parlamentində siyasi dialoqun bərpası yalnız Ukrayna münaqişəsi bitəcəyi təqdirdə mümkün hesab olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş