Rusiya Ukrayna üzrə yeni sülh sammitində iştirakdan imtina edib

Dünya

11.07.2024 - 12:32

Həkimlər Klinikalar SEO Xidməti

“Biz bu cür ultimatumları qəbul etmirik və bu cür zirvə görüşlərində iştirak etmək fikrində deyilik”

Rusiya Kiyevin Moskvanı dəvət etməyə hazırlaşdığı Ukrayna üzrə ikinci sülh sammitində iştirak etmək niyyətində deyil. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Biz Kiyev rejiminin və onun Qərb kuratorlarının bu il iyunun ortalarında İsveçrənin Bürqenstok şəhərində baş tutmayan sülh sammiti üçün özlərini reabilitasiya etmək və oxşar tədbir keçirməyə çalışmaq niyyətlərini bilirik”, – Qaluzin vurğulayıb.

Onun sözlərinə görə, Rusiyada onlar “əvvəlki ritorikanı tamamilə dalana dirənmiş “Zelenski formulası”ndan keçmək ümidi ilə eşidirlər, həmçinin “Ukrayna böhranının həlli ilə bağlı digər təşəbbüslərə qəsdən məhəl qoymadıqlarını” görürlər.

“Biz bu cür ultimatumları qəbul etmirik və bu cür zirvə görüşlərində iştirak etmək fikrində deyilik”, deyən Qaluzin sülh konfransını “fırıldaqçılıq təzahürü” adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş