Rusiya Ukrayna üzrə ikinci “Sülh sammiti”ndə iştirakdan imtina edib

Dünya

23.09.2024 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, anqlo-saksonların və onların ukraynalı kuklalarının saxtakarlığının növbəti təzahürüdür”

“Rusiya terrorçularla danışıqlar aparmadığı üçün Ukrayna üzrə ikinci “Sülh sammiti”ndə iştirak etmək niyyətində deyil”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu, anqlo-saksonların və onların ukraynalı kuklalarının saxtakarlığının növbəti təzahürüdür. İkinci “Sülh sammit”i eyni məqsəd güdür - münaqişənin həlli üçün alternativsiz əsas kimi tamamilə qeyri-mümkün olan “Zelenski formulu”nu irəli sürmək, dünya əksəriyyətinin dəstəyinə nail olmaq və onun adından Rusiyaya ultimatum təqdim etmək. Biz belə “zirvə görüşlərində” iştirak etməyəcəyik”, - Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Moskva böhranın siyasi və diplomatik yolla həllindən əl çəkmir və mövcud vəziyyəti, reallıqları nəzərə alan ciddi təklifləri müzakirə etməyə hazırdır.

Zaxarova bildirib ki, Kiyev və Qərb dövlətləri müharibədə maraqlıdır və danışıqlara ehtiyac yoxdur: “Onlara müharibə lazımdır. Bunu Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə quldur hücumu və Zelenskinin NATO-nun uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə istəməsi də təsdiqləyir. Bu, ölkəmizin əhalisinə qarşı terrorun davamıdır. Biz terrorçularla danışmayacağıq”.

Qeyd edək ki, ötən cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev müharibəyə son qoya biləcək ikinci “Sülh sammiti” təşkil etmək niyyətindədir: “Bu il ikinci “Sülh sammiti”ni təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik. Bu, müharibəyə son qoya biləcək bir sammit, heç vaxt ellipsisə çevrilməyəcək bir sondur”.

Bundan əvvəl dövlət başçısı Ukrayna hakimiyyətinin Rusiyaya qarşı müharibədə “qələbə planı” üzərində işi başa çatdırdığını və yaxın vaxtlarda onu Qərb müttəfiqlərinə təqdim etmək niyyətində olduğunu bildirmişdi.

Zelenski yazın sonunda “müharibəyə son qoymaq üçün ətraflı plan” hazırlayacağını vəd edib. Sonra o, sənədin ilkin olaraq noyabrda keçirilməsi nəzərdə tutulan ikinci “Sülh sammiti”ndə təqdim ediləcəyini söyləyib.

Zelenski daha sonra Qərb müttəfiqlərini qışa qədər müharibəni dayandırmağa və “etibarlı beynəlxalq təhlükəsizlik nizamını” bərpa etməyə çağırıb. Eyni zamanda, Kiyev ABŞ-dan Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli Amerika raket zərbələri endirmək üçün icazə istəyib. Zelenski vurğulayıb ki, Ukrayna Qərb raketlərinin köməyi ilə mülki infrastruktura deyil, hərbi bazalara hücum etmək niyyətindədir. Eyni zamanda, Prezident qeyd edib ki, yalnız rusların qəzəb və narazılığı Rusiya Prezidenti Vladimir Putini dinc danışıqlara vadar edə bilər.

Putin öz növbəsində Kiyevlə danışıqlara Ukraynanın irəli sürdüyü “bəzi efemer tələblər əsasında deyil” 2022-ci ilin yazında İstanbulda əldə olunmuş razılaşma əsasında başlamağa hazır olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş