Rusiya terror aktları ilə bağlı ABŞ, Almaniya, Fransa və Kiprə sorğular göndərib

Dünya

03.04.2024 - 12:14

cedabet Klinikalar SEO Xidməti

Müraciət müəllifləri dərhal araşdırma aparılmasını və beynəlxalq terror aktlarının maliyyələşdirilməsinin qarşısının alınmasını tələb edirlər

Rusiya Baş Prokurorluğu Dövlət Dumasının bir qrup deputatının tələbi ilə ABŞ, Almaniya, Fransa və Kiprə ABŞ və digər Qərb dövlətləri tərəfindən Rusiyaya qarşı terror aktlarının təşkili ilə bağlı sorğu və müraciətlər göndərib. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Baş Prokurorluq bir sıra Dövlət Dumasının deputatlarının və ictimai xadimlərin xaricdə yerləşən şəxslərin və qurumların Rusiya ərazisində terror aktlarının təşkili və maliyyələşdirilməsində, habelə Rusiya ərazisində törədilmiş terror aktlarının təşkilində və maliyyələşdirilməsində mümkün iştirakı olanlarla bağlı müraciətinin araşdırılması ilə bağlı müraciət ünvanlayıb.

Müraciət müəllifləri dərhal araşdırma aparılmasını və beynəlxalq terror aktlarının maliyyələşdirilməsinin qarşısının alınmasını tələb ediblər.

Məlumata əlavədə deputatlar bu cinayətlərin təşəbbüskarları, təşkilatçıları, icraçıları, ört-basdır edilməsi və maliyyələşdirilməsi ilə bağlı birbaşa sübutları Baş Prokurorluğa təqdim ediblər.

Deputatlar hesab edir ki, ABŞ və onun müttəfiqləri İŞİD terror qruplaşması və Ukrayna xüsusi xidmət orqanlarının əli ilə Rusiya ərazisində terror aktları həyata keçirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş