Rusiya səfirliyi jurnalistlərin ölümü ilə bağlı paylaşım edib

Xəbərlər

04.06.2021 - 22:11

Səfirlik azərbaycanlı jurnalistlərin ailələrinə və yaxınlarına başsağlığı verib

 

Rusiyanın Azərbaycandakı Səfirliyi Kəlbəcərdə jurnalistlərin mina partlaması nəticəsində ölümü ilə əlaqədar başsağlığı verib.

 

AYNA xəbər verir ki, bununla bağlı səfirliyin Tvitter səhifəsində edilən paylaşımda deyilir:

 

“Səfirlik bu gün Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan azərbaycanlı jurnalistlərin ailələrinə və yaxınlarına başsağlığı verir”.

 

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif  Əliyev mina partlaması nəticəsində dünyalarını dəyişiblər. Daha 4 nəfər isə yaralanıb.

Müəllif: Ayna.az