Diplomatdan PUA-larla bağlı izahat istənilib
Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA xəbər verir ki¸bu barədə məlumatı Rusiya mətbuatı yayıb.
Bildirilib ki, rəsmi Kişinyov Moldova ərazisinə iki rus pilotsuz təyyarəsinin düşməsi ilə bağlı bəyanatdan sonra Rusiya səfirini XİN-ə çağırıb, izahat istənilib.
Qeyd edək ki, Moldova XİN respublikanın cənubunda və şimalında aşkar edilən iki PUA-nın Rusiya ərazisindən buraxılması ilə bağlı açıqlama yayıb.
Moldova mətbuatının məlumatına görə, PUA-lar partlayıcılarla təchiz olunmayıb.