Diplomata HAMAS nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı etiraz bildirilib
Rusiyanın İsraildəki səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. AYNA xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.
Qeyd olunub ki, Təl-Əvivdəki səfir Anatoli Viktorova oktyabrın 29-da HAMAS nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı etiraz bildirilib.