Rusiya səfiri Ermənistan XİN-ə çağırılıb

Dünya

24.10.2023 - 21:16

Ermənistan məmurlarına qarşı qəbuledilməz bəyanatlar səsləndirildiyi bildirilib

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü il oktyabrın 23-də Rusiyanın “Birinci kanal”ında yayımlanan proqramda Ermənistanın yüksək rütbəli məmurlarına qarşı tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib.

Görüş zamanı səfirə müvafiq etiraz notası verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş