"Bir uşaq da daxil olmaqla beş nəfər yaralanıb”
Rusiya qüvvələri Ukraynanın Krivoy Roq şəhərinə iki “İskəndər” ballistik raketi ilə zərbə endirib. AYNA.AZ Ukrayna mediasına istinadən bildirir ki, bu barədə 8 yanvarda Krivoy Roq Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul məlumat verib.
Onun sözlərinə görə, çoxmənzilli binalara zərbə endirilib.
Dnepropetrovsk Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsini icra edən Vladislav Qayvanenko düşmənin axşam saatlarında Krivoy Roq şəhərinə raket zərbəsi endirdiyini təsdiqləyib.
"Bir uşaq da daxil olmaqla beş nəfər yaralanıb. 57 yaşlı kişinin vəziyyəti ağırdır. Bir neçə çoxmərtəbəli binanın pəncərələri və eyvanları qırılıb. İnfrastruktur da zədələnib", - deyə o əlavə edib.
Sosial mediada yayılan məlumatlara görə, partlayışdan sonra şəhər elektrik enerjisi kəsilib.