Rusiya ilə ABŞ arasında silahlara nəzarət məsələsi müzakirə olunub

Dünya

31.01.2023 - 15:37

“Söhbət zamanı silahlara nəzarətin bəzi aktual məsələləri müzakirə olunub”

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Moskvadakı səfiri Lin Treysi ilə silahlara nəzarət məsələlərini müzakirə edib. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

"Söhbət zamanı silahlara nəzarətin bəzi aktual məsələləri müzakirə olunub", - məlumatda deyilir.

Bu, onların həftənin əvvəlindən bəri ikinci görüşüdür. Yanvarın 30-da Treysi etimadnaməsinin surətlərini Ryabkova verib.

“Moskva Amerika səfirinin Rusiya qanunlarının tələblərinə əməl etməsini gözləyir”, - deyə XİN başçısının müavini bildirib.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, amerikalı diplomatın ən mühüm vəzifələrindən biri ölkələr arasında münasibətləri daha da pisləşdirməmək cəhdi olmalıdır.

Müəllif: Ayna.az