Rusiya ilə ABŞ arasında politoloqlar vasitəsilə qapalı danışıqlar olub

Dünya

18.07.2024 - 13:50

Həkimlər Klinikalar SEO Xidməti

Lavrov: “Bizim bir-birini tanıyan və hökumətlərinin siyasətini başa düşən politoloqlar vasitəsilə reklamsız əlaqələrimiz olub”

Rusiya və ABŞ Ukraynadakı münaqişə ilə bağlı məsələlər üzrə politoloqların iştirakı ilə “ikinci trek” adlanan qapalı təmaslar həyata keçirib. AYNA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Mən sizə əminliklə deyəcəm – bizim amerikalılarla politoloqlar, lakin bir-birini tanıyan və hökumətlərinin siyasətini başa düşən politoloqlar vasitəsilə reklamsız əlaqələrimiz olub”, nazir bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, bu təmaslar zamanı rusiyalı ekspertlər amerikalı həmkarları ilə Vaşinqtonun gələcəkdə hər hansı sülh sazişlərinə Kiyevin rus dilini qadağan edən qanunları ləğv etməsinin daxil edilməsini dərk edib-etməyəcəyini yoxlayıblar.

Nazir bildirib ki, bu suala cavab olaraq Ukraynanın daxili işlərinə qarışmadıqlarını bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş