Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindən geri çəkilib

Dünya

27.02.2026 - 09:03

“Axurik keçid məntəqəsində də yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qoşunları dayanır”

Ermənistan hökuməti Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindəki Axurik keçid məntəqəsindən geri çəkildiyini və Milli Təhlükəsizlik Xidmətindən olan erməni sərhədçilərin orada xidmətə başlamasını rəsmi olaraq təsdiqləyib. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu barədə hökumətin 2025-ci il üçün proqramının icrası ilə bağlı hesabatda qeyd olunub.

"1 mart 2025-ci il tarixindən Ermənistan-Türkiyə dövlət sərhədindəki Marqara keçid məntəqəsində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qoşunları dayanır. 2026-cı ilin əvvəlindən Ermənistan-Türkiyə dövlət sərhədindəki Axurik keçid məntəqəsində də yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qoşunları dayanır. Hazırda Ermənistan-Türkiyə dövlət sərhədində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tam nəzarəti altında olmayan bir dənə də olsun əməliyyat məntəqəsi yoxdur", - deyə hesabatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş