Karen Şainyanın hansı maddə ilə axtarıldığı açıqlanmır
Rusiya Daxili İşlər Nazirliyi erməni əsilli videobloger Karen Şainyanı axtarışa verib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” axtarışda olan şəxslərin departament bazasının məlumatlarına istinadən məlumat yayıb.
Şainyanın hansı maddə ilə axtarıldığı açıqlanmır.
Qeyd edək ki, iyul ayında videoblogerin adını “Rosfinmonitorinq” terrorçu və ekstremistlər siyahısına əlavə edib.