“Rusiya Baydenlə də, Trampla da konstruktiv danışıqlara hazırdır”

Dünya

22.01.2024 - 15:37

cedabet dərman SEO Xidməti

Deputat: “Biz hələ də problemləri diplomatik yolla, danışıqlar masası arxasında həll etməyə çalışırıq”

“Rusiya hər zaman digər ölkələrin liderləri ilə, o cümlədən Donald Tramp ABŞ Prezidenti seçiləcəyi təqdirdə onunla konstruktiv danışıqlara açıqdır”. AYNA “Lenta.ru”ya istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa deyib.

“Biz həmişə konstruktiv danışıqlara hazırıq, tərəfdaşlarımızın aldatmağa, parçalamağa və öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq, danışıqlardan heç vaxt imtina etmirik. Bunu dərk edərək, biz hələ də problemləri diplomatik yolla, danışıqlar masası arxasında həll etməyə çalışırıq. Burada əsas odur ki, danışmağa hazır olan insanlar bizi eşitsinlər və bizə uyğun davransınlar. Bunun Tramp və ya indiki ABŞ Prezidenti Co Bayden olmasının fərqi yoxdur”, - Çepa bildirib.

Deputat qeyd edib ki, Trampla dialoqun nə qədər perspektivli ola biləcəyini söyləmək çətindir. Onun fikrincə, buna yalnız seçkilərdən sonra aydınlıq gələcək.

“Namizədin seçkilər öncəsi dedikləri, seçiciləri cəlb etmək başqa şeydir, hakimiyyətə gəldikdən sonra isə tamam başqa şeydir. İndi deməzdim ki, bizim üçün kim yaxşıdır, ya pisdir. Əsas odur ki, ABŞ nümayəndələri öz qərarlarına görə məsuliyyət daşısınlar və beynəlxalq müqavilələr və hüquqlar əsasında hərəkət etsinlər”, - deyə deputat fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş