Rusiya ATƏT Forumunun iclaslarını sədrin hərəkətləri səbəbindən bloklayıb

Dünya

10.07.2024 - 12:14

Həkimlər Klinikalar SEO Xidməti

“Xorvatiya sədrliyinin hərəkətlərinə cavab olaraq FSC-nin beş iclasının keçirilməsinə mane olmaq məcburiyyətində qaldıq”

Moskva Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (FSC) iclaslarını Foruma sədrlik edən Xorvatiyanın hərəkətlərinə görə bloklayıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyanada keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.

“Yalnız yay danışıqları raundunda Xorvatiya sədrliyinin açıq-aşkar hərəkətlərinə cavab olaraq biz FSC-nin beş iclasının keçirilməsinə mane olmaq məcburiyyətində qaldıq”, - diplomat qeyd edib.

Qavrilov vurğulayıb ki, Rusiyanın iştirakçı ölkə kimi maraqları pozulduqda “Forumun müntəzəm iclaslarının keçirilməsinin mənası yoxdur”.

Nümayəndə heyətinin rəhbəri Rusiya Xarici İşlər Nazirliyinin “sədrliklər öz işlərində qərəzsizlik prinsiplərinə əməl etməyə başlayana qədər” bu mövqeyi rəhbər tutmağa hazır olduğunu bildirib.

Qeyd edək ki, iyulun 3-də Dövlət Duması və Federasiya Şurası Rusiyanın ATƏT Parlament Assambleyasının işində iştirakının dayandırılması ilə bağlı bəyanat qəbul edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş