Rusiya-ABŞ sammiti respublikaçıların qurultayının videçarxında nümayiş olunub

Dünya

19.07.2024 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Videoda Donald Trampın Vladimir Putinlə birlikdə çəkildiyi foto əks olunub

2018-ci ildə Helsinkidə keçirilən Rusiya-ABŞ sammiti Respublikaçılar Partiyasının Milli Qurultayında nümayiş etdirilən videoçarxda əksini tapıb. AYNA xəbər verir ki, tədbir “Sky News” tərəfindən yayımlanıb.

Videonun ABŞ-da prezidentliyə Respublikaçılar Partiyasından namizəd Donald Trampın çıxışından əvvəl nümayiş olunub.

Videoda amerikalı siyasətçinin Rusiya prezidenti Vladimir Putinlə birlikdə çəkildiyi foto əks olunub. Şəkil Trampın dünyanı gəzərək həm ABŞ-ın müttəfiqləri, həm də əsas rəqibləri ilə görüşdüyü şərhi ilə müşayiət edilib.

Qeyd edək ki, qurultayda Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürməyə razı olduğunu rəsmən açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş