“Çox vaxt insanlar cəbhədə olduqlarını yalnız əraziyə gələndən sonra başa düşürlər”
“90-dan çox Hindistan vətəndaşı Ukraynada Rusiya tərəfində döyüşmək üçün aldadılaraq aparılıb. Onlardan ən azı 8 nəfəri ölüb”. AYNA xəbər verir ki, bu barədə Hindistan Parlamentinin üzvü Vikramjit Sinq Sahneib “Dojd” telekanalına deyib.
Sinqin sözlərinə görə, Hindistan vətəndaşlarının əksəriyyəti işlə təmin olunmaq adı ilə Rusiyaya dəvət olunur, sonra isə tərcüməçi olmadan Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edilir. Çox vaxt insanlar cəbhədə olduqlarını yalnız əraziyə gələndən sonra başa düşürlər.
“Dojd” telekanalı Ukraynada öldürülən hindistanlılardan birinin – Ravi Munun valideynləri ilə əlaqə saxlayıb və onlar bildiriblər ki, oğlunu Rusiya nəqliyyat şirkətlərindən birinə yerləşdirəcəklərinə söz veriblər. Lakin Rusiyaya gələn Munu cəbhədən ailəsi ilə əlaqə saxlayıb.
Hindistanın Baş naziri Narendra Modi iyul ayında Moskvaya səfəri və Prezident Vladimir Putinlə görüşü zamanı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış hindlilərin ordudan tərxis olunması və orduya cəlb edilmənin qarşısının alınması ilə bağlı məsələ qaldırmışdı. Putin hər iki məsələnin həllinə kömək edəcəyinə söz vermişdi.