Baş Konsulluğu üzgüçünün itməsi ilə bağlı sorğu hazırlayır
Rusiyanın İstanbuldakı Baş Konsulluğu qitələrarası üzgüçülük zamanı Bosfor boğazında itkin düşən 29 yaşlı üzgüçü Nikolay Sveçnikovun itkin düşməsi ilə bağlı Türkiyə tərəfinə rəsmi müraciət hazırlayır. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyası məlumat yayıb.
“Baş Konsulluq bu hadisə ilə bağlı Türkiyənin səlahiyyətli orqanlarına sorğu hazırlayır”, - deyə məlumatda bildirilib.
Eyni zamanda, diplomatik nümayəndəlikdən hadisə ilə bağlı hələlik rəsmi məlumatın daxil olmadığına aydınlıq gətirilib.
Rus üzgüçü avqustun 24-də qitələrarası üzgüçülüklə Bosfor boğazını keçərkən yoxa çıxıb. Üç minə yaxın iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs o olub.