Rus qadın Antalya hava limanında körpəsini tualetə atıb

Dünya

15.10.2024 - 11:25

Həkimlər Klinikalar SEO Xidməti

Körpənin anası və onun rəfiqəsi saxlanılıb

Türkiyənin Antalya şəhərində hava limanında yeni doğulmuş körpəsini əlillər üçün tualetə qoyan rusiyalı qadın saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

Bildirilir ki, onunla birlikdə Rusiya Federasiyası vətəndaşı olan rəfiqəsi də saxlanılıb.

Məlumata görə, hadisə oktyabrın 13-ü axşam saatlarında baş verib. Moskvaya getməzdən əvvəl iki rus qadın körpəni qoyub getdikləri əlillər üçün tualetə giriblər. Uşaq 12 dəqiqə sonra təmizlikçi qadın tərəfindən aşkar edilib. Bildirilib ki, hər iki qadın yola düşməzdən əvvəl saxlanılıb.

Rusiyanın Antalyadakı Baş Konsulluğu hadisə ilə bağlı iki Rusiya vətəndaşının saxlanıldığını təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş