Rumıniyalı deputatdan çağırış: “Rusiya səfiri “persona non-qrata” elan olunsun”

Dünya

17.12.2023 - 22:43

cedabet dərman SEO Xidməti

George Simion: “Radikal həll yolu isə Rumıniyadakı bütün Rusiya konsulluqlarının və nümayəndəliklərinin bağlanmasıdır”

Rumıniya Parlamentinin üzvü George Simion yerli “Digi 24” telekanalına müsahibəsində Rusiya səfiri Valeri Kuzminin “persona non-qrata” (arzuolunmaz şəxs) elan olunmasını təklif edib. AYNA xəbər verir ki, Simion Rumıniyanın Rostov-na-Dondakı konsulluğunun bağlanmasına cavab olaraq belə bir təşəbbüs irəli sürüb.

“Düşünürəm ki, cənab Kuzminin öz mövqeyinə və siyasi təhsilə açıq dəstəyinə, habelə Rumıniyanın daxili siyasətində iştirakına görə “persona non qrata” elan edilməsi düzgün olardı”, - deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, radikal həll yolu isə Rumıniyadakı bütün Rusiya konsulluqlarının və nümayəndəliklərinin bağlanmasıdır.

Bundan əvvəl Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmin dekabrın 13-dən 14-nə keçən gecə Ukrayna ilə sərhəd yaxınlığında naməlum pilotsuz təyyarənin düşməsindən sonra Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyinin Strateji Məsələlər üzrə Dövlət Katibi İulian Fota baş vermiş insidentlə bağlı Rumıniya hakimiyyətinin kəskin etirazını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş