Rumıniya “qızıl viza” proqramı tətbiq edəcək

Dünya

17.10.2025 - 16:49

Parlamentdə yeni qanun layihəsi müzakirəyə çıxarılıb

Rumıniya Parlamentində yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə ölkənin “qızıl viza” proqramını təqdim etməyi nəzərdə tutur. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Avropa İttifaqı hüdudlarından kənarda yaşayan şəxslər Rumıniyaya ən azı 400 min avro məbləğində sərmayə qoysalar 5 illik müddətə müvəqqəti yaşayış icazəsi ala biləcəklər.

Təşəbbüs müəllifləri bildiriblər ki, investisiyalar dövlət istiqrazları, daşınmaz əmlak və şirkət səhmləri kimi müxtəlif formatlarda ola bilər. Proqram investorların investisiyanı ən azı 5 il saxlama şərtilə strukturlaşdırılıb.

Əlavə olaraq, qeyd olunub ki, müraciət edənlərin investisiyanın qanuni mənbələrə aid olduğunu sübut etməli, cinayət məsuliyyətində olmamalı və milli təhlükəsizliyik riski daşımamalıdır. Proqram çərçivəsində yalnız investorlara deyil, onların ailə üzvlərinə də yaşayış icazəsi verilə bilər.

Xatırladaq ki, bu təşəbbüs hələ parlamentdə ilkin mərhələdədir və qanun qəbul edilərsə, Rumıniya 2026-cı ildən “qızıl viza” proqramını rəsmi tətbiq etməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş