Rubio və Fiko enerji əməkdaşlığı barədə razılığa gəliblər

Dünya

16.02.2026 - 09:04

Razılaşma Amerikanın “Westinghouse” şirkəti ilə bağlanan müqaviləyə aiddir

Slovakiyanın Baş naziri Robert Fiko və ABŞ dövlət katibi Marko Rubio iki ölkə arasında enerji əməkdaşlığı, xüsusən də Amerika şirkətinin iştirakı ilə nüvə elektrik stansiyasının tikintisi barədə razılığa gəliblər. AYNA.AZ "European Pravda"ya istinadən xəbər verir ki, onlar bu barədə Bratislavada keçirilən birgə mətbuat konfransında bildiriblər.

Razılaşma Amerikanın “Westinghouse” şirkəti ilə bağlanan müqaviləyə aiddir. Slovakiyadakı yeni nüvə elektrik stansiyasının 2040-cı ilə qədər tikiləcəyi gözlənilir.

Slovakiya Baş nazirinin sözlərinə görə, tikinti sənədləri gələn il hazır olmalıdır.

Fiko həmçinin bildirib ki, Slovakiya ABŞ-dan daha dörd F16 qırıcı təyyarəsi almaq istəyir.

Rubio isə bildirib ki, bu məsələdə müəyyən maneələr yaranıb və onlar həll etməyə çalışırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş