Dövlət katibi Ukraynadakı münaqişənin həllinin vacibliyini vurğulayıb
ABŞ dövlət katibi Marko Rubio Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə Ukraynadakı münaqişənin uzunmüddətli əsaslarla həlli üçün mühüm addımların atılmasının vacibliyini vurğulayıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott yazılı açıqlamada bildirib.
Qeyd edib ki, dövlət katibi “Prezident Donald Trampın insan tələfatına son qoymağa çağırışını və Moskvanın Ukraynadakı münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün mühüm addımlar atması” zərurətini təkrarlayıb.