Rubio G7-dən olan həmkarları ilə Ukrayna məsələsini müzakirə edib

Dünya

15.02.2026 - 16:07

ABŞ dövlət katibi həmçinin Ukrayna Prezidenti ilə müzakirələr aparıb

ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində G7 ölkələrinin xarici işlər nazirləri ilə Ukrayna nizamlanması məsələsini müzakirə edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Rubio özü deyib.

Rubio sosial media hesabında yazıb: “Biz Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq, Venesuelada sabitliyə nail olmaq və bütün dünyada sülh və rifahın təşviqi üçün qlobal təhdidlərə qarşı mübarizə yollarını müzakirə etdik”.

Rubio həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü qeyd edib. “Biz Ukraynanın təhlükəsizliyi, eləcə də müdafiə və iqtisadiyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdik”, – deyə o vurğulayıb.

Dövlət katibi Ukrayna böhranına toxunaraq əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp “qan tökülməsinə birdəfəlik son qoyacaq bir həll yolu axtarır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş