Rubio: “ABŞ NATO üzvlüyündən çıxmayacaq”

Dünya

03.04.2025 - 17:09

Həkimlər Klinikalar SEO Xidməti

“Prezident Donald Tramp açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar Alyansa qarşı deyil”

ABŞ-ın dövlət katibi Marko Rubio ABŞ-ın NATO-da qalacağını açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Dövlət Departamenti rəhbərinin sözlərinə görə, “Prezident Donald Tramp açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar Alyansa qarşı deyil”.

“Lakin Tramp NATO üzvlərinin müqavilənin şərtlərinə əməl etməsini istəyir”, Rubio vurğulayıb.

Bir gün əvvəl NATO-nun baş katibi Mark Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, ABŞ Çinlə mümkün hərbi münaqişəyə hazırlıq kontekstində belə öz qoşunlarını Avropadan çıxarmaq imkanını nəzərdən keçirmir.

Pentaqonun bütün diqqətini Çinlə mümkün böyük münaqişəyə hazırlığa yönəltmək planları barədə suala cavabında Rutte vurğulayıb ki, ABŞ NATO-da iştiraka tam sadiqdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş