Rubio: “ABŞ-İran danışıqlarında irəliləyiş var”

Dünya

24.05.2026 - 09:06

“Bu gün, sabah və ya bir neçə gündən sonra deyəcək sözümüz ola bilər”

Hindistanda səfərdə olan ABŞ dövlət katibi Marko Rubio İranla danışıqlarda irəliləyiş olduğunu açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, lakin o hazırda bu məsələ ilə bağlı heç bir xəbər olmadığını deyib.

"Müəyyən irəliləyişlər əldə edilib. Hətta mən danışarkən belə, işlər davam edir. Bu gün, sabah və ya bir neçə gündən sonra deyəcək sözümüz ola bilər", - Rubio vurğulayıb.

“Tasnim” daha əvvəl İran danışıqlar qrupuna yaxın mənbəyə istinadən Tehran və Vaşinqtonun bir sıra mübahisəli məsələlərdə irəliləyiş əldə etdiyini yazmışdı.

Danışıqların və məsləhətləşmələrin Pakistanın vasitəçiliyi ilə davam etdiyi bəllidir. Bir sıra məsələlərdə müəyyən irəliləyişlər əldə edilib, lakin bütün fikir ayrılıqları həll edilmədən razılaşma mümkün deyil.

Mənbə qeyd edib ki, danışıqların əsas diqqəti hazırda müharibənin dayandırılmasına yönəlib və bu məsələ həll olunana qədər başqa heç bir mövzu müzakirə olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş