“Əməliyyatın növbəti mərhələsi Tehran üçün hazırkı mərhələdən daha da ağır olacaq”
“ABŞ-İsrail hərbi əməliyyatının növbəti mərhələsi İran üçün daha ağır nəticələrə səbəb olacaq”. AYNA.AZ “The New York Times” qəzetinə istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib.
Kapitolidə jurnalistlərin suallarını cavablandıran Rubio ABŞ hərbi taktikasının təfərrüatlarını açıqlamayacağını bildirib.
Bununla belə, o Amerika qoşunlarının ən ciddi zərbələrinin hələ həyata keçirilmədiyini vurğulayıb.
Dövlət katibinin sözlərinə görə, “əməliyyatın növbəti mərhələsi Tehran üçün hazırkı mərhələdən daha da ağır olacaq”.