Rodriqo Pas Boliviya Prezidenti kimi and içib

Dünya

09.11.2025 - 09:25

Mərasimdə Argentina, Paraqvay, Uruqvay, Çili və Ekvador prezidentləri iştirak ediblər

Boliviya Prezidenti seçilmiş Rodriqo Pas dövlət başçısı kimi and içib. AYNA.AZ xəbər verir ki, mərasim Boliviya televiziyasında canlı yayımlanıb.

Argentina, Paraqvay, Uruqvay, Çili və Ekvador prezidentləri - Xavyer Miley, Santyaqo Peña, Yamandu Orsi, Qabriel Boric və Daniel Noboa - andiçmə mərasimində iştirak ediblər. Vitse-prezident Edmand Lara da and içib.

Pas 19 oktyabrda keçirilən seçkilərin ikinci turunda dövlət başçısı seçilib. Səsvermənin nəticələri keçmiş prezidentlər Evo Morales (2006-2019) və Luis Arse (2020-2025) tərəfindən təmsil olunan Sosializmə Doğru Hərəkat Partiyasının təxminən 20 illik hakimiyyətinə son qoyub.

Ölkəyə 1989-cu ildən 1993-cü ilə qədər rəhbərlik etmiş keçmiş Boliviya Prezidenti Xayme Pas Zamoranın oğlu Pas "hamı üçün kapitalizm" şüarı altında islahatlar həyata keçirəcəyinə söz verib. O vergi gəlirlərini regionlara və bələdiyyələrə yenidən bölüşdürməklə iqtisadi mərkəzsizləşdirməni, eləcə də kiçik və orta sahibkarlığı dəstəkləmək üçün əlverişli kredit proqramı və vergi güzəştləri tətbiq etməyi təklif edib. Pas hesab edir ki, Boliviyanın dünyanın qalan hissəsi ilə əlaqələrini intensivləşdirmək, ABŞ ilə münasibətlərin bərpasına və Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) çərçivəsində də daxil olmaqla regional əməkdaşlığı inkişaf etdirməyə üstünlük vermək lazımdır.

O andiçmə mərasiminə Venesuela, Kuba və Nikaraqua prezidentlərini dəvət etməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş