“Reuters”: Çinin bir neçə dövlət şirkəti Rusiya neftinin alışını dayandırıb

Dünya

24.10.2025 - 13:12

Şirkətlərin sanksiyalarla bağlı narahatlıqlar səbəbindən müqavilə bağlamaqdan çəkindiyi bildirilir

Çinin dövlət şirkətləri “PetroChina Co.”, “Sinopec”, CNOOC və “Zhenhua Oil” Rusiya neftinin alışını dayandırıb. AYNA.AZ xəbər verir ki, “Reuters” bu barədə mənbələrə istinadən məlumat yayıb.

Şirkətlərin sanksiyalarla bağlı narahatlıqlar səbəbindən, ən azı qısa müddətdə, Rusiya neftinin dəniz yolu ilə daşınması üçün müqavilə bağlamaqdan çəkindiyi bildirilir.

Bir müddət əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya neft şirkətlərinə qarşı sanksiyalar elan etmişdi. ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin vaxtının çatdığını söyləməklə izah edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş