“Reuters”: ABŞ Yaxın Şərqə minlərlə əsgər göndərmək istəyir

Dünya

19.03.2026 - 13:10

ABŞ qoşunlarının İran sahillərinə yerləşdirilməsi istisna edilmir

ABŞ Prezident Administrasiyası İranla gərginlik səbəbindən Yaxın Şərqə minlərlə əsgər göndərməyi nəzərdən keçirir. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir: "ABŞ ordusu İrana qarşı kampaniyasında mümkün növbəti addımlara hazırlaşarkən Tramp administrasiyası Yaxın Şərqdəki əməliyyatlarını gücləndirmək üçün minlərlə Amerika əsgəri göndərməyi nəzərdən keçirir".

Mənbələrə görə, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hava və dəniz qüvvələrindən istifadə etməklə təmin etmək variantları müzakirə olunur. ABŞ qoşunlarının İran sahillərinə yerləşdirilməsi isə istisna edilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş