Tufan Ərhürman xəstəxanaya yerləşdirilib

Dünya

11.07.2026 - 09:16

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti xəstəxanaya yerləşdirilib

Dünən Lefkoşada keçirilən tədbirdə halı pisləşən Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Ərhürman xəstəxanaya yerləşdirilib. AYNA.AZ xəbər verir ki, dövlət başçısı təcili yardım maşını ilə Burhan Nalbantoğlu adına Dövlət Xəstəxanasının kardiologiya şöbəsinə çatdırılıb.

ŞKTC Prezident Administrasiyasının ilkin açıqlamasında bildirilib ki, T.Ərhürmanın təzyiqinin aşağı düşməsi səbəbindən səhhətində problem yaranıb.

Prezidentin ümumi vəziyyətinin normal olduğu, əlavə müayinələrin və müşahidələrin davam etdiyi bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş