Rəsmi Varşava Orbana Macarıstanı Aİ və NATO-dan çıxmağı təklif edib

Dünya

29.07.2024 - 15:41

Həkimlər Klinikalar SEO Xidməti

“Həqiqətən başa düşmürəm ki, Macarıstan niyə çox sevmədiyi və guya ona pis münasibət bəsləyən təşkilatların üzvü olaraq qalmaq istəyir”

Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski Macarıstanın Baş naziri Viktor Orbana ölkəsini Avropa İttifaqı (Aİ) və NATO-dan çıxarmağı, Rusiya Prezidenti Vladimir Putinlə ittifaq yaratmağı təklif edib. AYNA xəbər verir ki, “Onet.pl” portalı polşalı diplomatın sitatlarını dərc edib.

“Həqiqətən başa düşmürəm ki, Macarıstan niyə çox sevmədiyi və guya ona pis münasibət bəsləyən təşkilatların üzvü olaraq qalmaq istəyir. Niyə Orban Vladimir Putin və bu tipli digər avtoritar dövlətlərin nümayəndələri ilə ittifaq yaratmır?”, - Bartoşevski deyib.

Diplomat Orbanın siyasətini “anti-Avropa, anti-Ukrayna və anti-Polşa” adlandırıb.

Xarici işlər nazirinin müavini onu da xatırladıb ki, hazırda Macarıstanın Baş naziri Varşavanın özünü Rusiyadan müdafiə edən Ukraynaya verdiyi hərbi texnikaya görə təzminat çərçivəsində Aİ-dən Polşaya ödənilməli olan 2 milyard zlotı (468 milyon avro) vəsaiti bloklayır:  “Biz həm Avropa İttifaqında, həm də NATO-da beynəlxalq cəmiyyətin kənarında olan Baş nazir Orbandan fərqli olaraq Rusiya ilə iş görmürük”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş