XİN: “İran həmişə müdafiə doktrinasına əsaslanan bu siyasəti davam etdirəcək”
“İran Ali Dini Rəhbər Ayətullah Əli Xameneinin kütləvi qırğın silahlarını qadağan edən fətvasına sadiqdir”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Beqay ölkənin nüvə doktrinasının dəyişdirilməsi imkanlarından danışarkən deyib.
“Xarici mətbuatda Tehranın nüvə doktrinasında dəyişikliklərin müzakirəsi bu mövqeyə heç bir təsir göstərmir. İran həmişə müdafiə doktrinasına əsaslanan bu siyasəti davam etdirəcək”, - Beqay fikrini yekunlaşdırıb.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi İbrahim Rüstəmi demişdi ki, “İran nüvə silahından daha güclü silahlara malikdir”. Rüstəmi əlavə edib ki, Tehranın silah sahəsində “böyük məxfi imkanları” var ki, bu da ölkənin son on ildə müstəqil şəkildə inkişaf etdirməyə nail olub.