Rəsmi Tehran: İran ABŞ-ın Cənubi Qafqazdakı mövcudluğuna qarşıdır

Dünya

29.05.2026 - 17:59

“Bu bölgədə sülh, sabitlik və iqtisadi inkişaf İranın milli maraqlarına uyğundur”

“Tehran ABŞ-ın Cənubi Qafqazdakı qeyri-sabitlik yaradan iştirakına qarşıdır”. AYNA.AZ ISNA xəbər agentliyinə istinadən bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Beqayi “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi ətrafındakı hadisələri şərh edərkən deyib.

Beqayi bildirib ki, “İranın Cənubi Qafqazdakı təhlükəsizlik məsələlərində mövqeyi məlumdur” və “Tehran iqtisadi əlaqələrin genişləndirilməsini və nəqliyyat marşrutlarının bərpasını dəstəkləyir”.

XİN rəsmisi qeyd edib ki, İslam Respublikası ABŞ-ın niyyətlərinə dərin şübhə ilə yanaşır.

Diplomat vurğulayıb ki, "Tehran açıq şəkildə ABŞ-ın Cənubi Qafqazdakı qeyri-sabitlik yaradan iştirakına qarşıdır".

Beqayi bildirib ki, Cənubi Qafqaz İrana yaxın ərazidə yerləşir: “Bu bölgədə sülh, sabitlik və iqtisadi inkişaf İranın milli maraqlarına uyğundur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş