Rəsmi Tehran: Biz müharibə istəmirik, lakin...

Dünya

08.01.2020 - 14:21

Həkimlər Klinikalar SEO Xidməti

Məhəmməd Cavad Zərif: “İran Amerikanın hücumlarına qarşı müdafiə olunmaqdan çəkinməyəcək”

 

Xəbər verdiyimiz kimi, İran ordusu, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı general Qasım Süleymaninin öldürülməsinə cavab olaraq, ABŞ-ın İraqda yerləşən hədəflərinə raket zərbələri endirib. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif hadisədən sonra rəsmi açıqlama verib.

 

Açıqlamada BMT-nin çağırışına əsasən, İranın müharibə tərəfdarı olmadığı, baş verən hücumların sadəcə müdafiə xarakteri daşıdığı və bundan sonra da ABŞ-ın istənilən hücumuna sərt cavab veriləcəyi ifadə olunub.

 

Cavad Zərif onu da əlavə edib ki, İran bölgədəki gərginliyi artırmaq istəməsə də, Amerikanın hücumlarına qarşı müdafiə olunmaqdan da çəkinməyəcək.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Bu hadisə iki dövlət arasındakı gərginliyi pik həddə çatdırıb. İranın Ali dini rəhbəri Əli Xameneyi Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə amerikalılara hücum ediləcəyi təqdirdə İrana aid 52 hədəfə "sürətli və güclü zərbə" endiriləcəyini bildirib. Dünya birliyi isə ABŞ və İranı təmkinli olmağa çağırıb.

 

Qasım Süleymaninin öldürülməsinə cavab olaraq, İran ABŞ-ın İraqda yerləşən 2 hərbi bazasına raket zərbələri endirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş