Rəsmi Tehran ABŞ-da danışıqlar şərtini açıqlayıb

Dünya

22.04.2026 - 17:42

“İran təmasların milli maraqlarına faydalı olduğu qənaətinə gəldikdən sonra ABŞ ilə münaqişəyə son qoymaq üçün diplomatiyaya əl atacaq”

“İran təmasların milli maraqlarına faydalı olduğu qənaətinə gəldikdən sonra ABŞ ilə münaqişəyə son qoymaq üçün diplomatiyaya əl atacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Beqayi deyib.

Qeyd edək ki, 21 apreldə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla atəşkəs müddətini uzatdığını açıqlayıb. O bildirib ki, atəşkəs Tehran yekun sülh təkliflərini təqdim edənə və onlar üzrə müzakirələri başa çatdırana qədər qüvvədə qalacaq.

Beqayi vurğulayıb ki, diplomatiya maraqların və milli təhlükəsizliyin qorunması üçün bir vasitədir. İran XİN rəsmisi qeyd edib ki, Tehran bundan öz maraqlarını irəli aparmaq üçün istifadə etmək üçün uyğun və ağlabatan əsasların ortaya çıxdığı qənaətinə gəldikdən sonra addımlar atacaq.

Diplomat həmçinin Pakistana İran və ABŞ arasında müharibəyə son qoymaq üçün vasitəçilik səylərinə görə təşəkkür edib.

Amerika tərəfinin atəşkəs təklifini şərh edən XİN rəsmisi əlavə edib ki, İslam Respublikası "yerində" və siyasi sahədə vəziyyətin inkişafını izləyir və ölkənin silahlı qüvvələri hər hansı bir təhdidi qətiyyətlə dəf etməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş