“Çin ABŞ və İsrailin İslam Respublikasına hücumlarına son qoymaqda israr edir”
“İran nüvə silahı hazırlamır. Çin ABŞ və İsrailin İslam Respublikasına hücumlarına son qoymaqda israr edir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Ninq deyib.
"Qeyd edirik ki, İran nüvə silahı hazırlamaq niyyətində olmadığını dəfələrlə təsdiqləyib və bu yaxınlarda ABŞ ilə ciddi və səmimi danışıqlar aparıb. Biz hərbi əməliyyatların dərhal dayandırılmasına, dialoq və danışıqların tezliklə bərpa olunmasına, beynəlxalq yayılmama rejiminin qorunmasına və Yaxın Şərqdə, eləcə də bütün dünyada sülhün və sabitliyin qorunmasına çağırırıq", - deyə XİN rəsmisi qeyd edib.
Çinli diplomat xatırladıb ki, danışıqlar prosesi zamanı ABŞ və İsrail İrana hücum edərək beynəlxalq hüququ pozub və Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub. Onun sözlərinə görə, Pekin İranın nüvə məsələsinin dialoq və danışıqlar yolu ilə, sülh yolu ilə həllini daim müdafiə edir və Tehranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmətlə yanaşır.