Rəsmi Moskva ilə Kişinyov arasında gərginlik

Dünya

13.08.2024 - 16:41

Həkimlər Klinikalar SEO Xidməti

“Rusiya Xarici İşlər Nazirliyi internet mühitindəki saxta xəbərlərdən istifadə edir”

“Moldova neytral dövlətdir və onun qurumları bundan sonra da neytrallıq prinsipinə hörmətlə yanaşacaqlar”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözlər Moldova Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında yer alıb.

XİN-in bəyanatı Moldovanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkilinin bu gün günortadan sonra Rusiya XİN-ə çağırılması kontekstində verib.

Qeyd edək ki, Moldovanın Ukrayna üçün F-16 təyyarələrini qəbul etmək niyyəti ilə bağlı mətbuatda məlumatlar yayıldıqdan sonra moldovalı diplomat Rusiya XİN-ə çağırılıb.

Moldova XİN isə qeyd edir ki, Rusiya XİN təəssüf ki, internet mühitindəki saxta xəbərlərdən istifadə edir: “Biz onları rəsmi mənbələrdən məlumat almağa çağırırıq”.

Rəsmi Kişinyov onu da xatırladıb ki, Moldova ərazisində hakimiyyət orqanlarının razılığı olmadan qanunsuz olaraq qoşun və sursat saxlayan yeganə ölkə Rusiyadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş