Rəsmi Moskva əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Dünya

26.05.2026 - 09:11

"Qərar qəbuletmə mərkəzləri, komanda məntəqələri və pilotsuz təyyarələrin təlim mərkəzləri hədəfə alınacaq”

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya ordusunun Kiyevdəki hərbi obyektlərə qarşı "ardıcıl, sistemli zərbə" endirdiyini açıqlayıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, məlumata görə, "qərar qəbuletmə mərkəzləri", komanda məntəqələri və pilotsuz təyyarələrin təlim mərkəzləri hədəfə alınacaq.

“Ukrayna Silahlı Qüvvələrinin Starobilskə hücumu və nəticədə tələbə yataqxanasının dağıdılması, 21 nəfərin ölümü, eləcə də Qərbin Ukraynaya davamlı dəstəyi Rusiya üçün son həddə çatıb”, - deyə XİN-in məlumatında vurğulanıb.

Nazirlik xarici vətəndaşları mümkün qədər tez Kiyevi tərk etməyə, Kiyev sakinlərini isə hərbi və inzibati infrastrukturdan yayınmağa çağırıb.

Qeyd edək ki, 24 may gecəsi Kiyev və ətraf bölgə genişmiqyaslı hücuma məruz qalıb. Hücumda "Oreşnik" orta mənzilli ballistik raketindən istifadə edilib. Nəticəıdə dörd nəfər həlak olub, 90-dan çox insan yaralanıb. Ukrayna paytaxtında ən azı doqquz, ətraf bölgədə isə beş yaşayış binası zədələnib.

Atəş həmçinin Xarici İşlər Nazirliyinin binasına, Dövlət Vergi Xidmətinin baş ofisinə, Kiyev Bələdiyyə Akademik Teatrına, Ukrayna Milli İncəsənət Muzeyinə və Çernobıl Muzeyinə, Kiyev İqtisadiyyat Məktəbinə, Müqəddəs Foma Akvinski İnstitutuna və Dominikan monastırına da təsir göstərib.

Rusiya Müdafiə Nazirliyi atışmanı "Ukraynanın mülki obyektlərə qarşı terror hücumlarına cavab" adlandırıb və "hərbi komandanlıq məntəqələrinə, hava bazalarına və müdafiə sənayesi müəssisələrinə" zərbə endirildiyini bəyan edib.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin nazirliyə Starobilskdəki yataqxanaya edilən hücuma cavab verməyi əmr etmişdi və onun hədəf hesab etdiyi bu hücuma cavab olaraq Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iddia etmişdi ki, onlar yalnız düşmənin hərbi obyektlərinə - sursat anbarlarına, hava hücumundan müdafiə sistemlərinə, komandanlıq məntəqələrinə və “Rubikon” PUA bölməsinin qərargahına zərbələr endiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş