“İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır”
“İrəvan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi bir ay ərzində başa çatdırmağa və onu imzalamağa hazırdır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda əksini tapıb.
Qeyd edək ki, Ermənistan XİN rəsmisi Ani Badalyan iyunun 4-də İrəvanın təklifləri Bakıya təqdim etdiyini açıqlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumatı təsdiq edib.